İnter və Xəzər Lənkəran Avropa kuboklarına vida etdi
27 İyul 2012 Cümə 01:09
“İnter” daha ümidverici oynasa da, penaltilərdə yunanların öhdəsindən gələ bilmədi.
Azərbaycanın “İnter” və “Xəzər Lənkəran” klubları futbol üzrə Avropa Liqasında mübarizəni dayandırdılar.

“İnter”in “Asteras”la cavab oyununda da iki qol vurulub. Hesabı rəqib komanda açıb. Bakı klubu oyunun sonuna iki dəqiqə qalmış hesabı bərabərləşdirib. Hər iki oyun 1:1 hesabı ilə nəticələndiyindən, 30 dəqiqəlik əlavə vaxt təyin olunub. Burada da hesab dəyişmədiyindən, qalib oyun sonrası penaltilər seriyası ilə müəyyənləşib. “Asteras” penaltilərdə daha dəqiq oynayıb.

Beləliklə, ununla da “Asteras” növbəti mərhələdə Portuqaliyanın “Maritimu” klubu ilə oynayacaq. “İnter” isə mübarizəni dayandırdı.

“Xəzər Lənkəran” isə Polşada “Lex”lə qarşılaşıb. Oyun Poznan klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadakı yeganə qol 15-ci dəqiqədə vurulub. Bu hesab “Lex”i növbəti mərhələyə çıxarıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar