İnter rəqib qapısından 6 cavabsız top keçirdi
14 Noyabr 2011 Bazar Ertəsi 13:40
Unibank Premyer Liqası təmsilçisi MOİK-dən üstün olub.
Milli komandaların oyunları ilə əlaqədar Unibank Premyer Liqasında yaranmış fasilədən istifadə edən “İnter” klubu yoxlama oyununda qüvvəsini sınayıb. ANS PRESS-in “İnter” klubuna istinadən verdiyi məlumata görə, “Şəfa” stadionunda baş tutan oyunda I Divizion təmsilçisi MOİK-lə qarşılaşan “İnter” rəqibini 6:0 hesabı ilə məğlub edib. ”İnter”in heyətində Enyo Krastovçev (2), Elnur Abdulov (3) və Ramil Mansurov fərqləniblər.
DOSTLARINLA PAYLAŞ: