İnter qələbə hesabını qoruya bilmədi
08 Fevral 2014 Şənbə 08:36
İnter Bayıl stadionunda “Rəvan” komandasının qonağı olub.
Ötən gün əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatında 20-ci turun oyunları baş tutub.

ANS PRESS-in məlumatına görə, “İnter” Bayıl stadionunda “Rəvan” komandasının qonağı olub.

Oyunda ilk təhlükəli vəziyyəti “İnter” yaradıb, lakin İlkin Sadıxov əlverişli məqamı qola çevirə bilməyib. Bununla belə, qonaqlar hücumu davam etdiriblər, birinci hissənin son dəqiqələrində “Rəvanı” məyus etməyi bacarıblar.

Hücuma qoşulan müdafiəçi Sertan Taşkın ev sahiblərinin qapısına yol tapa bilib. Lakin “İnter” qələbə hesabını qoruya bilməyib.

Fasilədən sonra “Rəvan” iki dəfə Eyyub Əliyevi məyus edib və nəticədə oyun 2:1 hesabıyla ev sahiblərinin xeyrinə başa çatıb.

Qeyd edək ki, 20 turdan sonra Rüstəm Əliyevin yetirmələrinin aktivində 46 xal var və yaxın izləyicilərini 8 xal qabaqlayaraq turnir cədvəlində birinci yeri tuturlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar