Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tur matçlarına start verilib. Bu gün keçirilməli olan 4 qarşılaşmadan 3-ü artıq başa çatıb. Şəfa stadionunda "Bakılı" ilə qarşılaşan "Olimpik" 4-0 hesablı qələbə qazanıb. "Olimpik"in qollarına matçın 8, 10, 87-ci dəqiqələrində Leandro Qomeş 90-cı dəqiqədə isə Junivan Suares imza atıb. "İnter" isə səfərdə "Qəbələ" üzərində 1-0 hesablı qələbə qazanıb. Paytaxt klubuna qələbə qazandıran yeganə qolu matçın 32-ci dəqiqəsində Valter Quqlemon "Qəbələ"nin qapısından keçirib. Bu qələbədən sonra xalını 40-a yüksəldən "İnter" turnir cədvəlində liderliyə yüksəlib.
Digər qarşılaşma isə Tovuzda keçirilib. "Turan" MOİK-in qarşılaşması 3-0 hesabı ilə Tovuz təmsilçisinin qələbəsi ilə başa çatıb. "Turan"a qələbə qazandıran qolları matçın 39-cu dəqiqəsində Vüsal Qarayev, 44-cü dəqiqədə Viktor İbekoyi, 61-ci dəqiqədə isə Nadir Nəbiyev MOIK-in qapısından keçirib. Günün son matçı isə "Bakı" ilə "Qarabağ" arasında keçirilir. "Bakı" klubu bu matçda qələbə qazanarsa, yenidən liderliyə yüksələcək.
Elvin Rəsul/ANS PRESS/