"İnter" "Neftçi"yə uduzdu
18 Aprel 2010 Bazar 18:55
Flaqmanın qələbəsi "Xəzər-Lənkəran"ın xeyrinə işləyib.
Bu gün keçirilən 3 oyunla Unibank Premyer Liqasında XXVIII tura yekun vurulub. Günün ən maraqlı qarşılaşması İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda paytaxt klubları arasında baş tutub. Belə ki, “Neftçi” və “İnter” cari mövsümdə həm altıncı, həm də son dəfə görüşüblər. “Ağ-qaralar” minimal hesablı qələbə ilə bürünc medal və avrokuboklara çıxmaq şansını saxlayıblar. Eyni zamanda, flaqmanın qələbəsi “Xəzər-Lənkəran”ın işinə yarayıb. Belə ki, dünən çətin Qəbələ səfərindən qələbə ilə dönən cənub təmsilçisi indi turnir cədvəlində vahid liderdir.

Digər iki görüş ikinci “altılıq”da baş tutub. “Standard” Sumqayıtda “Olimpik-Şüvəlan”a uduzu. “Turan” isə Salyanda “Muğan”la qarşılaşmada 1 xal qazanıb.

"Standard" - "Olimpik-Şüvəlan" - 0:1
Qol: Viktor İbekoyi, 55

"Muğan" - "Turan" - 0:0

"Neftçi" - "İnter" - 1:0
Qol: Cavid Hüseynov, 10 ANSPRES


DOSTLARINLA PAYLAŞ:

oyunlar