Bu gün keçirilən 3 qarşılaşma ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tur matçlarına yekun vuruldu. Günün ən önəmli matçında Premyer Liqanın lideri "İnter" "Neftçi"ni qəbul edib. Şəfa stadionunda keçirilən qarşılaşma 2-2 hesabı ilə heç-heçə başa çatıb. Ötən tur "Xəzər-Lənkəran"ı məğlub edən "Neftçi", "İnter"lə qarşılaşmada da qələbəyə yaxın olub. Qarşılaşmanın 25-ci dəqiqəsində Svetoslav Stefanovoun 45-ci dəqiqədə isə Vladimir Olefirin vurduğu qollarla ilk yarini 2-0 öndə tamamlayan "Neftçi" bu üstünlüyü əldən verib. İkinci hissəyə sürətli başlayan "İnter", 52 və 56-cı dəqiqələrdə Valter Quqlemonun vurduğu qollarla hesabı bərabərləşdirib. Bu qələbədən sonra xalını 53-ə yüksəldən "İnter" liderliyini davam etdirir. 31 xala malik olan "Neftçi" isə turnir cədvləində 1 pillə irəliləyərək 7-ci pilləyə yüksəlib. Günün digər qarşılaşmalarında "Karvan" öz meydanında "Muğan"ı 3-1, "Turan" isə səfərdə "Bakılı"nı 2-0 hesabı ilə məğlub edib.
Elvin Rəsul /ANS PRESS/