“İnter” “Napoli”yə qalib gəldi
07 Yanvar 2011 Cümə 02:45
18-ci turda “Milan” da qələbə qazanıb, “Yuventus” isə məğlub olub
Milanın “İnter” klubu İtaliya çempioanıtının 18-ci turu çərçivəsində “Napoli”ni məğlub edib. Milanda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Tiaqo Motta (3-cü və 55-ci dəqəqilər) dubla imza atıb, qaliblərin daha bir qolunu isə Esteban Kambyasso (37-ci dəqiqə) vurub. Neapolluların yeganə təsəlli qoluna Mikele Pasiensa (25-ci dəqiqə) imza atıb.
Bu qarşılaşmadan sonra “İnter” xallarının sayını 26-ya çatdırıb. Turnir cədvəlinin yeddinci pilləsindəki “Udineze” də eyni xala malikdir. Amma milanlılar iki oyun az keçiriblər. “Napoli”nin 33 xalı var və üçüncü yeri tutur.
Günün digər qarşılaşmalarının nəticələri:
Yuventus-Parma 1:4
Roma-Katania 4:2
Boloqna-Fiorentina 1:1
Breşia-Çezena 1:2
Kalyari-Milan 0:1
Genoa-Latsio 0:0
Palermo-Samdoria 3:0
Udineze-Kiyevo 2:0.
DOSTLARINLA PAYLAŞ: