İnter Milanla arasındakı xal fərqini azalda bilmədi
12 Mart 2011 Şənbə 02:51
Milanlılar səfərdə qələbəni əldən verdilər
“İnter” klubu İtaliya çempionatının 29-cu turu çərçivəsində səfərdə “Breşia” ilə heç-heçə oynayıb. Bu nəticə “İnter”in turnir cədvəlinə liderlik edən “Milan”la xal fərqini azaltmasına imkan verməyib.
Oyunda hesabı 18-dəqiqədə “İnter”in kamerunlu hücumçusu Samuel Eto'O açıb. Lakin meydan sahibləri oyunun sonlarına yaxın - 85-ci dəqiqədə Andrea Karaçççiolonun qolu ilə hesabı bərabərləşdiriblər.
Milanlılar oyunun 10 nəfərlə başa vurmalı olublar. 89-cu dəqiqədə kolumbiyalı müdafiəçi İvan Kordoba meydandan qovulub.
“İnter” 57 xal toplayıb və “Milan”dan (61 xal) dörd xal geri qalır. “Milan” bazar günü turnir cədvəlinəd sonuncu yeri tutan “Bari” (16 xal) ilə evdə qarşılaşacaq. Turnir cədvəlinin üçüncüsü “Napoli” (53 xal) isə martın 13-də səfərdə Parma (29 xal) ilə qüvvəsini sınayacaq.