Aprelin 4-də keçirilən 3 matçla futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. "İnter" öz meydanında Salyanın "Muğan" klubunu qəbul edib. 17-ci dəqiqədə Xaqani Məmmədov, 69-cu dəqiqədə isə Andreys Rubinsin vurduğu qollarla 2-0 hesablı qələbə qazanan "İnter", turnir cədvəlinin lideri "Bakı"nı 2 xal qabaqlayaraq birinci pilləyə yüksəlib. Zaqatalanın "Simurq" klubu isə səfərdə "Karvan"la qarşılaşıb. Yevlaxda keçirilən qarşılaşma "Simurq"un 3-1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı "Karvan" açıb, 34-cü dəqiqədə Murad Ağakişiyev fərqlənib, ilk yarı elə bu hesabla tamamlanıb. İkinci hissədə hücumlarını artıran "Simurq" 60 və 84-cü dəqiqələrdə Vladimir Mazyar 91-ci dəqiqədə isə Tural Cəlilovun vuduğu qolla meydandan 3-1 hesablı qələbə ilə ayrılıb. "Qəbələ" klubu isə paytaxtda "Bakılı"nın qonağı olub. Bu matçda isə Qəbələ təmsilçisi qələbə qazanıb. Fərzad Hatəminin vurduğu yeganə qol "Qəbələ"yə 3 xal qazandırıb. Azərbaycan Premyer Liqasının XX turuna bu gün keçiriiləcək 4 qarşılaşma ilə yekun vurulacaq.
5 aprel, bazar
"Xəzər-Lənkəran" - "Standard"
Başlanma saatı: 17.00
Stadion: Lənkəran şəhər stadionu
Hakim: İmanxan Sultani
"Olimpik" - "Bakı"
Başlanma saatı: 16.00
Stadion: "Şəfa" stadionu
Hakim: Zöhrab Qədiyev
"Qarabağ" - "Turan"
Başlanma saatı: 16.00
Stadion: T.İsmayılov adına Suraxanı qəsəbə stadionu
Hakim: Anar Salmanov
"Neftçi" - MOİK
Başlanma saatı: 18.00
Stadion: T.Bəhramov adına Respublika stadionu
Hakim: Elçin Səmədli
Elvin Rəsul/ANS PRESS/