"İnter" liderliyə yüksəldi
14 Mart 2009 Şənbə 18:15
Premyer Liqanın XVIII turunda "Simurq"la qarşılaşan paytaxt klubu 2-1 hesablı qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində bu gün keçirilməli olan hər iki qarşılaşma artıq başa çatıb. Lənkəranda "Olimpik"i qəbul edən "Xəzər-Lənkəran" heç-heçə oynayıb 0-0. Digər qarşılaşma isə paytaxtda baş tutub. Şəfa stadionunda keçirilən "İnter" "Simurq" matçında "İnter" 2-1 hesablı qələbə qazanıb. Matçda hesabı "İnter" açıb, 23-cü dəqiqədə Elvin Məmmədov fərqlənib. İlk yarı elə bu hesabla başa çatıb. Matçın 58-ci dəqiqəsində Ramil Sayadov "Simurq"un bərabərlik qolunu vurub. Matçda son qol isə "İnter"dən gəlib, 65-ci dəqiqədə Karlos Silvanın vurduğu qol paytaxt klubuna 2-1 hesablı qələbə qazandırıb. Bu qələbədən sonra aktivində 43 xalı olan "İnter" turnir cədvəlində liderliyə yüksəlib, "Simurq" isə 37 xalla 3-cü sırada qalıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar