İnter klubu vahid liderliyini davam etdirir
13 Fevral 2010 Şənbə 23:55
Unibank Premyer Liqasının XX turuna yekun vurulub. İnter klubu vahid liderliyini davam etdirir.
Unibank Premyer Liqasının XX turuna "İnter" - "Simurq" oyunu ilə yekun vurulub. Rəqibini 2:1 hesabı ilə məğlub edən "İnter" Unibank Premyer Liqasında vahid liderliyini davam etdirir. Zaqatala təmsilçisi isə ikinci dövrədəki qalibiyyətsiz seriyanı qıra bilmədi.

Oyundan sonra açıqlama verən "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze klub üçün hər bir oyun əhəmiyyətli olduğunu vurğulayıb. “İlk hissədə futbolçularım daha gözəl oyun nümayiş etdirdilər, iki qol vurdular. Ümumilikdə komandanın oyunundan razı qaldım. Qələbə münasibəti ilə komandanı təbrik edirəm", - deyə o əlavə edib.

"Simurq" klubunun baş məşqçisi Roman Pokoranı isə komandasının birinci hissədə göstərdiyi oyunun onu qane etmədiyini qeyd edib. “Komandamız ikinci hissədə daha yaxşı oyun göstərdi. Öncəki oyunda da belə idi. Qalib gələ bilmədiyimiz üçün təəssüflənirəm", - deyə Pokora bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar