İnter klubu Slovakiyaya gedir
30 İyun 2009 Çərşənbə Axşamı 15:10
Georgi Tsxadadze "Futbolçular qələbəyə layiq olduqlarını öz oyunları ilə sübut edəcəklər"

 

Futbol üzrə 2008-2009-cu il Azərbaycan Premyer Liqasının gümüş medalçısı, “İnter” klubu 3 gün sonra Avroliqada Slovakiyanın Spartak Ttrnava kollektivinə qarşı ilk matçını keçirəcək.

Yeni baş məşqçi Georgi Tsxadadzenin yetirmələri yarışa hazırlığın Bakı mərhələsini başa vurublar. Paytaxt klubu ilk matçın baş tutacağı Slovakiyaya bu gün yola düşəcək. Avrokuboklara hazırlığın qısa vaxt ərzində təşkil olunmasına baxmayaraq, gürcüstanlı mütəxəssis yetirmələrinin hər iki görüşdə layiqli mübarizə aparacağına inanır: “Oyun üslübunda dəyişiklik etmək istəyirik. Qısa ötürmələri və hücum futboluna diqqəti artırmaq istəyirik. Bunun necə alınacağını zaman göstərəcək." Yetirmələrindən razılıq edən məşqçi onların tapşırıqları canla-başla yerinə yetirdiklərini söylədi.

Avroliqada qələbəni daha çox istəkli olan komandanın qazanacağını deyən Georgi Tsxadadze futbolçuların buna layiq olduqlarını öz oyunları ilə sübut edəcəklərinə inandığını söylədi”. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar