İnter klubu rəqibini darmadağın etdi
03 Fevral 2013 Bazar 19:35
"İnter" sonuncu yoxlama oyununda "Poloniya"nı 3:0 hesabı ilə məğlub edib.
Antalyada hazırlıq prosesi çərçivısində bu gün "İnter" sonuncu yoxlama oyununa çıxıb. Qol.az-ın məlumatına görə, paytaxt təmsilçisi Polşanın güclülər dəstəsində şıxış edən "Poloniya" komandasıyla qarşılaşıb. Oyun təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"İnter" həmin gün iki oyun keçirməyi planlaşdırsa da, məşqçilər korpusu bir oyunla kifayətlənməyə qərar verib.

Xatırladaq ki, "İnter" bunadək keçiridiyi 4 yoxlama oyununda Almaniyanın "Aalen" (0:0) və Ukraynanın "Metallurq" (1:1) komandaları ilə bərabərə qalıb, "İnqolştad"a (Almaniya") isə 1:3 hesabı ilə uduzub. Qazaxıstanın “Ordabası” klubu ilə görüşdə isə 2:0 hesabı ilə qələbə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar