İnter klubu Çempion klubunu udub
30 İyun 2012 Şənbə 12:02
"İnter" Sloveniya klubu Çempion ilə qarşılaşıb.
Sloveniya təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirən “İnter” qalib gəlib . "İnter" klubundan ANS PRESS-ə verilən məlumata görə, Sloveniyanın ikinci liqasında çıxış edən “Çempion” klubu ilə qarşılaşan “bankirlər” rəqibini 3:0 hesabıyla məğlub edib.

“İnter”in qollarını Baçana Sxadadze və Tales Şuts vurublar. Bununla da “İnter” Sloveniya hazırlığı çərçivəsində yoxlama qarşılaşmalarına yekun vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar