"İnter" Kaxaber Sxadadze ilə müqavilə müddətini uzadıb
27 Mart 2011 Bazar 20:40
Gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze daha bir il paytaxt təmsilçisinə rəhbərlik edəcək.
"İnter" rəhbərliyi baş məşqçi Kaxaber Sxadadze ilə müqavilə müddətini uzadıb. Gürcüstanlı mütəxəssis daha bir il paytaxt təmsilçisinə rəhbərlik edəcək.

Sxadadze bu vəzifəyə 2009-cu ilin yayında təyin olunub. Onun rəhbərliyi altında "İnter" ötən mövsüm çempion olub və yanvarda "Birlik Kuboku"nu qazanıb. Bu mövsüm isə paytaxt klubu Premyer Liqada 24 turdan sonra 41 xalla 4-cü pillədə gedir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar