"İnter" İtaliya çempionu oldu
17 May 2009 Bazar 12:10
Çempionatın başa çatmasına 2 tur qalmış ən yaxın izləyicisi "Milan"la xal fərqini 7-yə yüksəldən "İnter" çempionluğunu elan edib

 

"İnter" klubu İtaliya çempionu oldu. A Seriasının 36-cı turunda "Udineze"nin öz meydanında "Milan"ı 2-1 hesabı ilə məğlub etməsindən sonra, "İnter" çempionatın başa çatmasına 2 tur qalmış çempionluğunu elan edib. Ardıcıl 4-cü dəfə çempion olan "İnter" tarixində 17-ci çempionluğunu qazanmış oldu. Çempionatın başa çatmasına 2 tur qalmış ən yaxın izləyicisi "Milan"la arasında 7 xallıq fərq olan "İnter", bu gün öz meydanında "Siena"nı qəbul edəcək.

Bu mövsümlə birlikdə 17-ci çempionluğunu qazanan "İnter"in, çempion olduğu mövsümləri diqqətinizə çatdırırıq: 1909–1910; 1919–1920; 1929–1930; 1937–1938; 1939–1940; 1952–1953; 1953–1954; 1962–1963; 1964–1965; 1965–1966; 1970–1971; 1979–1980; 1988–1989; 2005-2006; 2006-2007; 2007-2008; 2008-2009 . /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar