"İnter"in rəqibinin heyəti açıqlanıb
06 Yanvar 2011 Cümə Axşamı 22:05
"İstiqlal" klubu Birlik Kubokuna 19 futbolçu ilə yollanır
Azərbaycanı Birlik Kubokunda təmsil edəcək "İnter" klubunun rəqibi - Tacikistanın “İstiqlal” komandasının heyəti açıqlanıb. ANS PRESS-in məlumatına görə, rəqib komandanın baş məşqçisi Alimcan Rafiqov yarışa 19 futbolçu ilə yollanır:

Qapıçılar: Əlişir Tuyçiyev, Fərhad Yoldaşov.
Müdafiəçilər: Akmal Saburov, Erac Rəcəbov, Əbdürrəhim Xolov, Sahib Suvonkulov, Umed Həbibullayev, Adil İrqaşev, Davron Yerqaşev, Sergey Abramov.
Yarımmüdafiəçilər: Fətulla Fətullayev, Nurəddin Davronov, Cahangir Cəlilov, Dilşad Vosiyev, İbrahim Rabimov.
Hücumçular: Yusif Rəbiyev, Məhmədəli Sadıqov, Fərhad Tahirov, Kamil Səidov.

"İstiqlal" - "İnter" oyunu yanvarın 16-da keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar