"İnter"in hədəfində Ballak var
15 Aprel 2010 Cümə Axşamı 23:35
"Çelsi" alman oyunçusunun müqaviləsini uzatmaq istəmir.
“Daily Mail” qəzetinin yazdığına görə, “Çelsi” klubunun sahibi Roman Abramoviç klubdakı bəzi ulduz oyunçularla müqavilələri yeniləmək fikrində deyil. Xəbərdə bu oyunçular arasında Ballakın da olduğu bildirilir.
Klubunun ona qarşı münasibətindən narahat olduğunu bildirən alman oyunçu müqaviləsi uzadılmayacağı təqdirdə Joze Mourinyonun məşqçisi olduğu İtaliyanın “İnter” klubunda oynamaq istəyini gizlətməyib.
Qeyd edək ki Ballak 4 il öncə Joze Mourinyonun məşqçisi olduğu “Bayern Münih” klubundan “Çelsi”yə transfer edilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: