"İnter" heyətini gücləndirir
08 İyul 2010 Cümə Axşamı 17:25
Azərbaycan çempionu İnter bolqarıstanlı Daniel Genovla 2,5 illik müqavilə bağlayıb.
Bakının "İnter" klubu Bolqarıstan toplanışı zamanı baxışdan keçirdiyi Daniel Genovla müqavilə bağlayıb. Müqaviləyə əsasən, bolqar müdafiəçi 2,5 il ərzində Bakı klubunun formasını geyinəcək. "İnter" ötən gün Genovu Bolqarıstandan Bakıya gətirib.

Genov 5 may 1985-ci ildə Burqas şəhərində anadan olub. 1,73 m boyu olan futbolçu müdafiəçidir. "Nafteks" klubunun yetirməsi olan Daniel 2004-2006 mövsümlərində icarə əsasında "Pomorye" klubunda forma geyinib və meydana çıxdığı 32 oyunda 1 qol vurub.

2006-2007 mövsümündə "Nefteks"in əsas heyətində 7 oyun keçirən futbolçu 2007-ci ildə "Svetkavitsa"ya transfer olunub. Bu komandada 26 oyunda 3 qol vurduqdan sonra Sofiya "Lokomotiv"inə üz tutub. Ötən mövsüm icarə əsasında "Belasitsa"da forma geyinib. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar