İnter çətin duruma düşdü
03 Mart 2011 Cümə Axşamı 22:51
"Bankir"lər I Divizion təmsilçisini minimal hesabla məğlub edib.
NBC Bank Azərbaycan kubokunun 1/4 final oyununda I Divizion təmsilçisi "Abşeron"la qarşılaşan "İnter" ilk oyunda qələbə qazandı. Girts Karlsonsun vurduğu yeganə qol ölkə çempionuna minimal hesablı qələbəni təmin etdi - 1:0.

Qarşılaşmanı şərh edən "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze bildirib ki, "Xəzər Lənkəran"la oyundan sonra bərpa olmaq çətin idi: "Abşeron" yaxşı müdafiə olunurdu. Sürətli futbolçuları sayəsində hücumlar təşkil etməyə çalışırdılar. İlk hissədə hücumda oyunumuz alınmırdı. İkinci hissədə müəyyən dəyişikliklər etdik, bu, öz bəhrəsini verdi. Cinahlardan daha çox hücum etməli idik. Karlsonsun gözəl qol vurduğunu qeyd etməliyəm. Bu, kubokun ilk oyunudur, cavab oyunu daha maraqlı olacaq".

"Abşeron" klubunun baş məşqçisi Mirbağır İsayev: "İnter"i qələbə münasibəti ilə təbrik edirəm, gələcək oyunlarda uğurlar arzulayıram. Kubok oyunları çempionatdan fərqlənir. Heyətimizdə əsasən gənc və perspektivli futbolçulardır. İlk hissədə Emin Mehtiyevin bir neçə qol imkanı oldu, lakin istifadə edə bilmədi. Bizim əsas məqsədimiz Unibank Premyer Liqasına vəsiqə qazanmaqdır. Komandanı kubokda layiqincə təmsil etdikləri üçün futbolçularıma minnətdaram". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar