“İnter” Çempionlar Liqasının qalibi oldu
23 May 2010 Bazar 02:00
Diyeqo Milito “Santyaqo Bernabeu”nu oyunun qəhrəmanı kimi tərk etdi.
İtaliyanın “İnter” klubu finalda Almaniyanın “Bavariya”ya komandasına 2:0 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının 2009/2010 mövsümünün qalibi olub.
Madriddə keçirilən oyunun əsas qəhrəmanı “İnter”in rəqib qapısından iki top keçirən hücumçusu Diyeqo Milito olub. O, birinci dəfə 35-ci dəqiqədə fərqlənib. Milanlıların qapıçısı Julio Sezar topu oyuna daxil edib, Diyeqo Milito onu başı ilə Uesli Sneyderə ötürüb. O isə öz növbəsində topu bir toxunuşla arcentinalıya qaytarıb və Diyeqo Milito dəqiq və güclü zərbə ilə hesabı açıb
Oyunun ikinci hissəsində “Bavariya” daha fəal olub və qol vurmaq üçün bir neçə şans əldə edib. Lakin bəzi hallarda Almaniya klubunu qeyri-dəqiqlik pis vəziyyətdə qoyub, bəzi vəziyyətlərdə isə Julio Sezar gözəl oynayıb.
Oyunda son nöqtə 70-ci dəqiqədə quyulub. Diyeqo Milito “Bavariya”nın qapısına özünün və komanadsının iknci qolunu vuraraq, oyunun qalibini müəyyənləşdirib. Bu qoldan sonra “Bavariya” hücumları davam etdirsə də, Joze Mourinyonun yetirmələri inamla müdafiə olunub və iki topluq üstünlyünü final fitinə qədər qoruya bilib.
Beləliklə, “İnter” tarixində üçüncü dəfə Çempionlar Liqasının qalibi olub. Lakin bu qələbərdən ikisi 1964 və 1965-ci illlərə-turnir Avropa çempionları kuboku adlanan vaxta təsadüf edib.
“İnter” bu il iştirak etdiyi hər üç turnirin qalibi olub. Çempionlar Liqasından başqa Milan klubu İtaliya Kubokunu və ölkə çempionluğunu əldə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: