Bu gündən etibarən start götürən Avroliqa oyunlarında ikinci təmsilçimiz, sonuncu vitse-çempion Bakının “İnter” klubu ilk oyununu səfərdə Slovakiyanın “Spartak” (Trnava) klubu ilə keçirib.
Oyunun ilk dəqiqələrindən hücuma atılan meydan sahibləri qarşılaşmanın 21-ci dəqiqəsində istəklərinə nail olublar. Slovakların ilk qolunu Vladimir Kozuç vurub.
Qoldan özünə gəlməmiş “İnter” futbolçuları oyunun 25-ci dəqiqəsində yenidən meydanın mərkəzinə dəvət olunub. Bu dəfə də, spartaklı Vladimir Kozuç fərqlənib.
İkinci hissədə bir qədər arxayınlaşan meydan sahibləri qapılarında qol görüblər. Matçın 80-cı dəqiqəsində “İnter”in legioner futbolçusu Gutierrez adını tabloya yazdırıb.
Xatırladaq ki, bu, klublarımızın Avroliqada vurduğu ilk qoldur.
Samin Abdullayev /ANS PRESS/