İnönü stadionunda son derbi
03 Mart 2013 Bazar 14:05
Sabah "Beşiktaş" "Fənərbağça"nı qəbul edəcək.
Türkiyə Super Liqasının 24-cü turu çərçivəsində sabah İstanbulda tarixi derbi olacaq. ANS PRESS-in məlumatına görə, mövsümün sonunda söküləcəyi və yenidən inşa ediləcəyi gözlənilən İnönü stadionunda "Beşiktaş" "Fənərbağça"nı qəbul edəcək. Bakı vaxtı ilə saat 21.00-da başlayacaq oyunu karyerasında ilk dəfə derbiyə çıxan hakim Mete Kalkavan idarə edəcək.

İki komanda arasında ilk oyun 28 noyabr 1924-cü ildə keçirəlib və "Fənərbağça"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. 89 illik rəqabətdə "Fənərbağça" qələbə və qol saylarına gbrə öndədir. Bu günədək keçirilən 333 oyunda "Fənərbağça" 126, "Beşiktaş" isə 121 dəfə qalib gəlib, 86 qarşılaşmada isə qalib olmayıb.

"Qalatasaray"ın 46 xalla liderlik etdiyi Super Liqada 24-cü tur ərəfəsində "Fənərbağça" 40 xalla ikinci, "Beşiktaş" isə 39 xalla üçüncü yerdədir. Bu baxımdan, hər iki komanda üçün qələbə çox vacibdir. Məğlub olan klub liderlik yarışınca ciddi zərbə almış olacaq. Bərabərlik isə heç bir komandaya sərf etmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar