İngiltərədə nəhənglərin qarşıdurması baş tutacaq
18 Dekabr 2010 Şənbə 13:00
“Çelsi” – “Mançester Yunayted” görüşü maraqla gözlənilir
Sabah təkcə İngiltərədə deyil bütün dünyada maraqla gözlənilən matç baş tutacaq. Son illər İngiltərədə çempionluq uğrunda mübarizə aparan iki klub – “Mançester Yunayted” və “Çelsi” üz-üzə gələcək.

Bu matçla bağlı “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson bu fikirləri bildirib: ”Son səkkiz mövsümdür ”Çelsi”yə qarşı Londonda uğurlu nəticə əldə edə bilmirik. Bir neçə dəfə heç-heçə oynamışıq. Ancaq qələbə qazana bilmirik. “Çelsi”ni Londonda məğlub etmək çətindir. Ancaq biz səfərə güclü və özünə güvənən bir heyətlə gedirik”.

Bu maraqlı qarşılaşmadan əvvəl “Mançester Yunayted” 34 xal toplayaraq turnir cədvəlinə liderlik edir. “Çelsi” isə 31 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Çelsi” – “Mançester Yunayted” matçı sabah Bakı vaxtı ilə 20:00-da start götürəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar