İngiltərə yığmasında şok itki
01 İyun 2012 Cümə 11:24
Frenk Lempard zədələndiyi üçün Avro-2012-də iştirak etməyəcək.
Futbol üzrə Avropa çempionatı ərfəsində İngiltərə yığması şok itki ilə üzləşib. ANS PRESS-in məlumatına görə, yarımmüdafiəçi məşq zamanı zədələnib.

Lempardı Avropa çempionatında “Liverpul” klubunun 21 yaşlı oyunçusu Cordan Henderson əvəzləyəcək.

İngiltərə yığmasının baş məşqçisi Roy Hocson öz növbəsində Lempardın Avropa çempionatını buraxmasını komandası üçün çox ciddi zərbə adlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar