İngiltərə yığmasında dinləmə şoku
09 Mart 2010 Çərşənbə Axşamı 19:20
Fabio Kapello ilə futbolçular arasındakı danışıqların gizli yazıldığı ortaya çıxıb
İngiltərə ilə Misir arasında ötən həftə keçirilən yoldaşlıq görüşündən öncə ingilis yığmasının meneceri Fabio Kapello və futbolçular arasında oteldə olan danışıqların gizli olaraq yazıldığı ortaya çıxıb. Məsələ ilə əlaqədar İngiltərə Futbol Federasiyası araşdırmalara start verib.

Federasiyanın vəkilləri mətbuat qurumları ilə əlaqə yaradaraq sözügedən səs yazılarının yayımlanmasının düzgün olmaması və qanun pozuntusuna səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bir neçə saatlıq səs yazısının hansı üsulla yazılması bilinməsə də, yığmanın heyətində olan futbolçuların ailələri ilə bağlı məlumatların mətbuata sızdırılmasından sonra Fabio oyunçularını daha diqqətli olmağa çağırıb.

“Çelsi”nin kapitanı Con Terrinin keçmiş komanda yoldaşı Vayne Bricin sevgilisi Vanessa Peronsel ilə yaxın əlaqələrinin olması barədə mətbuata sızan xəbərlərdən sonra ulduz oyunçunun milli yığmada kapitanlıq statusu əlindən alınmışdı.

Terridən sonra isə yenə "Çelsi" və milli yığmanın formasını geyinən ulduz futbolçu Eşli Kolun şəxsi həyataı barədə yayılan məlumatlar onun ailəsi ilə münasibətlərini zədələmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar