İngiltərə yığması Avro-2012-də
08 Oktyabr 2011 Şənbə 10:48
Fabio Kapellonun yetirmələri bu vəzifənin öhdəsindən vaxtından əvvəl gəliblər
2012-ci ildə Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionaında vəsiqə qazanan daha bir yığmanın adına aydınlıq gəlib. İngiltərə kollektivi Podqoritsa şəhərində Monteneqro komandası ilə 2:2 hesablı heç-heçə oynayaraq Avro-2012-yə vəsiqəni özü üçün təmin edib.

Fabio Kapellonun yetirmələri qarşılaşmada əvvəlcə 2:0 hesabı ilə önə keçsələr də üstünlüklərini sonadək qoruyub-saxlaya bilməyiblər. Buna hücumçu Ueyn Runinin qırmızı vərəqə alaraq meydandan qovulması da səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar