“İngiltərə və İspaniya klublarından təklif almışam”
26 Aprel 2011 Çərşənbə Axşamı 12:43
Qapıçı ANS-ə legioner həyatı yaşamaq ehtimalı ilə bağlı danışıb
“Xəzər Lənkəran” klubunun kapitanı, Azərbaycan milli yığmasının qapıçısı Kamran Ağayev legioner həyatına başlaya bilər. Futbolçu ilə Almaniyanın “Ayntraxt” klubu maraqlanır. Amma Kamran Ağayevin də öz şərtləri var ki, bunlardan da birincisi “Ayntraxt”ın növbəti mövsümdə də Almaniya Bundesliqasında çıxış etməsidir.
“Transfer təklifləri çox olub. Ancaq bunların heç də hamısı real təklif olmur. Sadəcə şayiə xarakteri daşıyır. Mən həmişə iddialı kluba getmək istəmişəm. Mənə İngiltərə və İspaniya klublarından da çoxlu təkliflər gəlib. Ancaq bu klublar II, III liqa təmsilçiləri olub. Belə klublara transfer olunmaqdansa “Xəzər Lənkəran”da qalmağı üstün tutmuşam. Çoxları da bu amilə görə mənə özündən razı kimi baxıb. Ancaq əslində belə deyil”, - deyə Kamran Ağayev bildirib.
Xatırladaq ki, Kamran Ağayev 2008-ci ildə ölkəmizin ən yaxşı futbolçusu seçilib.
DOSTLARINLA PAYLAŞ: