İngiltərə Superkubokunun sahibi məlum oldu
09 Avqust 2010 Bazar Ertəsi 10:15
Həlledici matçda “Çelsi” və “Mançester Yunayted” klubları üz-üzə gəlib.
İngiltərədə yeni futbol mövsümünə start verilib. Mövsümün ilk qarşılaşması Superkubok uğrunda matç olub. Oyunda son İngiltərə çempionu “Çelsi” klubu “Mançester Yunayted” kolllektivi ilə qarşılaşıb.

Oyun məşhur “Uembli” stadionunda baş tutub. “Qırmızı şeytanlar” matçda 3:1 hesabı ilə qalib gələrək superkuboka sahib çıxıb. “Mançester Yunayted”in heyətində qollara Antonio Valensiya, Xavyer Ernandes və Dimitar Berbatov imza atıb.

“Çelsi”nin heyətində isə Salamon Kalu fərqlənib.

Xatırladaq ki, Aleks Ferqyusonun yetirmələri 18-ci dəfə İngiltərə Superkubokuna sahib çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar