İngiltərə nəhənglərinin türk futbolçu uğrunda mübarizəsi 
    31 Dekabr 2012 Bazar Ertəsi 14:19
    Arda Turanı transfer etmək üçün "Çelsi", "Arsenal" və "Liverpul" klubları fürsət gözləyirlər
    
                	 
    
         Madridin "Atletiko" klubunun türk futbolşusu Arda Turanla Londonun "Çelsi" klubu maraqlanır. ANS PRESS-in məlumatına görə, "zadəganlar" 25 yaşlı futbolçuya görə, Madrid təmsilçisinə 24 milyon avro ödəməyə hazırdırlar. 
"Çelsi" ilə yanaşı Arda Turanı sıralarına qatmaq uğrunda "Arsenal" və "Liverpul" klubları da mübarizə aparır. 
Xatırladaq ki, Arda Turan 2012/13-ci il mövsümünə "Atletiko"nun heyətində 21 matçda meydana çıxaraq 4 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
DOSTLARINLA PAYLAŞ: