İngiltərə çempionatının ən yaxşı futbolçusu Ueyn Runi
06 Fevral 2010 Şənbə 12:55
Bu ada yanvar ayında 6 qola imza atan Ueyn Runi layiq görülüb
“Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi yanvar ayında İngiltərə Premyer-liqasının ən yaxşı oyunçusu seçilib. Futbolçu ötən ay ərzində 6 qol vurub və keçirdiyi 23 oyunda imza atdığı 20 qolla çempionatın ən yaxşı bombardirləri siyahısında birinci yeri tutur.

Yanvarın ayının ən yaxşı məşqçisi isə “Everton” klubunu çalışdıran Devid Moyes olub. Komanda keçirdiyi 4 oyunda 3 qələbə qazanıb və bir dəfə heç-heçə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar