İngiltərə çempionatı: “Liverpul” yenə məğlub oldu
14 Noyabr 2010 Bazar 04:35
“Stok Siti” öz meydanında 2:0 hesabı ilə qalib gəlib.
“Liverpul” futbol klubu İngiltərə çempionatının 13-cü turu çərçivəsində səfərdə “Stok Siti”yə məğlub olub.

Meydan sahibləri oyunun ilk dəqiqələrindən üstünlüyü ələ almağa çalışıblar. “Stok Siti” 20-ci dəqiqədə qonaqların qapısı qarşısında ilk təhlükəli vəziyyəti yaradıblar. Amma onlar bundan yararlana bilməyiblər. “Liverpul” bu hücuma 30-cu dəqiqədə cavab verib. Stiven Cerrardın təxminən 30 metrlikdən vurduğu zərğbədən sonra Asmir Beqoviç komandasını qoldan idas edib.

Qarşılaşmada hesab 58-ci dəqiqədə açılıb. Delap Rori meydanın kənarından topru cərimə meydançasına atıb. “Liverpul”un müdafiəçiləri toputəhlükəli zonadan uzaqlaşdıra bilməyiblər və Rikardo Fuller üçüncü həddən sonra oyunda ilk qola imza atıb-1:0.

Meydan sahibləri hesab arasındakı fərqi oyunun sonuncu dəqiqəsində artırıblar. Stiven Cerard Lukasa qeyri-dəqiq ötürmə edib və topa Mettyu Eterinqton yiyələnib. Onun ötürməsindən sonra Kenuayn Cons qapısı ilə təkbətək çıxıb və son fürsəti ədən verməyib. “Liverpul”un oyunçularının itkisi təkcə buraxılan qol və məğlubiyyət olmayıb. Sonuncu qol vəziyyətində Lukas Leyva qolla nəticələnən ötürmənin müəlifi Mettyu Eterinqton ayağına zərbə endirib. Hakim ona iiknci sarı vərəqəni göstərib və meydandan qovub.
anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar