İngiltərə - Azərbaycan oyununun vaxtı müəyyənləşdi
13 İyul 2011 Çərşənbə 11:36
21 yaşadək İngiltərə - Azərbaycan futbolçuları Londonda üz-üzə gələcəklər.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə komandası ilə qarşılaşacağı stadion və oyunun başlanma vaxtı müəyyənləşib.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, İngiltərə – Azərbaycan oyunu sentyabrın 1-də, Bakı vaxtı ilə saat 23:30-da, Londondakı "Vicarage Road" stadionunda keçiriləcək.

Qeyd edək ki, yığmamız bu oyunadək avqustun 9-da Tallində Estoniya millisi ilə yoxlama oyunu keçirməyi planlaşdırır. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar