İngilislərin "yaralı yeri"
18 İyun 2010 Cümə 17:15
Əlcəzairlə oyunda qapını Devid Ceyms qoruyacaq.
Futbol üzrə İngiltərə yığma komandasının qapısını Əlcəzair komandası ilə qarşılaşmada təcrübəli Devid Ceyms qoruyacaq. İngiltərə yığmasının mundialdakı ilk qarşılaşmasında ABŞ-la oyunda kobud səhvə yol verərək qapısında qol görən Robert Qrin baş məşqçi Fabio Kapello tərəfindən ehtiyata göndərilib.

Komandanın məşqlərində də səhvlərə yol verən Qrinin psixoloji cəhətdən qarşılaşmaya hazır olmadığı üzə çıxıb.

Xatırladaq ki, İngiltərə yığması mundialdakı ikinci oyununu bu gün Əlcəzair kollektivinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə 23:30-da start götürəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar