İngilis futbolunda ən dramatik oyun - 58:0
25 Mart 2012 Bazar 16:50
İngiltərənin “Uil Pauer” futbol klubu yeni rekorda imza atıb.
İngiltərənin “Uil Pauer” futbol klubu yeni rekorda imza atıb. ANS PRESS-in Daily Mail nəşrinə istinadən verdiyi məlumata görə, “Uil Pauer” “Nova-2010” komandasını 58:0 hesabı ilə məğlub edib.

Tarixi oyun Torbey Həvəskar Bazar liqasının lideri ilə autsayder arasında keçirilib. Matç Torki şəhərində ötən həftə baş tutsa, Londona xəbər indi çatıb.

Fantastik hesaba gəldikdə isə məlum olub ki, məğlub komandanın heyətində meydana çəmi 5 nəfər çıxmalı olub. Doğrudur, komanda tezliklə heyətinə tanımadığı 4 nəfəri də cəlb edib. Lakin bu, “Nova-2010”ya kömək etməyib.

Hesab 0:50 olanda, “Nova-2010”un futbolçuları referidən matçın dayandırılmasını xahiş edib. Ancaq oyunun hakimi komandanın cərimə olunacağı ilə hədələyərək qarşılaşmanın axıradək oynanılmasına təkid edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar