İngilis futbolçular türk təyyarəsində uçacaq
15 Mart 2010 Bazar Ertəsi 21:45
Türk Hava Yolları “Mançester Yunayted”lə sponsorluq müqaviləsi imzalayıb
Türk Hava Yolları şirkəti İngiltərənin məşhur futbol klubu “Mançester Yunayted” ilə rəsmi sponsorluq müqaviləsi imzalayıb. “Old Trafford” stadionunda baş tutan imzalama mərasimində Türk Hava Yolları şirkətinin İdarə Heyətinin sədri Hamdi Topçu , “Mançester Yunayted” klubunun rəhbəri Devid Gill ilə yanaşı bir çox futbolçular da iştirak edib.

Sponsorluq müqaviləsinə əsasən, 3,5 il ərzində Avropanın dördüncü ən böyük hava yolu şirkəti olan Türk Hava Yolları klub oyunçularının bütün oyunlara, turnirlərə və təlim toplanışlarına daşınması ilə məşğul olacaq. “Old Trafford” stadionunda yerləşdirilən bütün reklam plakatlarının üstündə isə Türk Hava Yolları şirkətinin emblemi yer alacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar