İndi AFFA futbol oyununa biletləri yeni sistemlə satacaq
19 İyul 2010 Bazar Ertəsi 15:05
Futbol qurumu AFFA daha bir layihəni təqdim edib.
Bu gün AFFA-nın inzibati binasında milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı jurnalistlərlə görüş keçirilib. Tədbirdə AFFA-nın daha bir layihəsinin – biletlərin yeni satış sisteminin təqdimatı olub.

AFFA-nın baş katibi Elxan Məmmədov bu barədə məlumat verərək bildirib ki, yeni sistem azarkeşlərə təkcə stadionun kassalarından deyil, müxtəlif satış məntəqələrindən bilet almağa imkan verəcək.

Bu sistem sayəsində azarkeşlər oyunu izələyəcəkləri sektordan meydançanın necə görünəcəyini bilet aldıqları yerdə monitora baxmaqla müəyyənləşdirə biləcəklər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar