İlqar Qurbanov və Vüqar Nadirov ata oldu
02 İyul 2012 Bazar Ertəsi 12:12
"Qarabağ"ın düşərgəsindən xoş xəbər gəlib. İlqar Qurbanov və Vüqar Nadirov ata olub.
Hazırlıqlarını Türkiyədə davam etdirən "Qarabağ"ın düşərgəsindən xoş xəbər gəlib. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klubun futbolçuları İlqar Qurbanov və Vüqar Nadirov həyatlarında ilk dəfə atalıq sevincini yaşayıblar.

Hər 2 futbolçumuzun oğlu dünyaya gəlib. "Qarabağ" ailəsinin yeni üzvlərinin adları da artıq məlumdur. Vüqar oğluna atasının, Azərbaycanın milli qəhrəmanı, "general" ləqəbli Ərşadın adını verib. İlqarın körpəsi isə igidliyi ilə ad çıxarmış Gəncə xanı Cavad xanın adını daşıyacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar