İlqar Q. meydandan qovuldu
15 Mart 2009 Bazar 18:10
"Boluspor"da çıxış edən azərbaycanlı futbolçu "Kasımpaşa" ilə qarşılaşmada qırmızı vərəqə alıb
Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi "Boluspor" klubu Türkiyə çempionatında növbəti oyununu keçirib. Türkiyə 1-ci liqasında mübarizə aparan "Boluspor" çempionatın 26-cı turunda "Kasımpaşa" klubu ilə qarşılaşıb. Boluda keçirilən qarşılaşama heç-heçə başa çatıb 0-0. Start heyətində meydana çıxan İlqar Qurbanov matçın 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Bu heç-heçədən sonra aktivində 42 xalı olan "Boluspor" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. "Boluspor" Türkiyə çempionatında növbəti matçını martın 22-də səfərdə "Qaziantep B.B" klubuna qarşı keçirəcək.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar