İlk qol ev sahibindən gəldi
11 İyun 2010 Cümə 20:30
İlk qol ev sahibindən gəldi. CAR futbolçusu adını tarixə yazdı.
Cənubi Afrika Respublikasınında futbol üzrə Dünya çempionatının açılış matçında ilk qolu elə ev sahibi olan CAR oyunçusu vurub. CAR-Meksika qarşılaşmasının ikinci hissəsində 54-cü dəqiqədə ev sahiblərinin əks hücumu qolla nəticələnib.

CAR-ın 8 nömrəli oyunçusu Siphive Şabalala uzaq “doqquzluğa” göndərdiyi ilk qolun sevincini komanda yoldaşları ilə rəqs edərək qeyd edib.

Qeyd edək ki, matçın 38-ci dəqiqəsində Meksika yığmasının 11 nömrəli üzvü Karlos Velanın vurduğu qol isə oyundan kənar vəziyyət olduğu üçün hakimlər tərəfindən nəzərə alınmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar