İlk olimpiya oyunlarının medalı oğurlandı
15 Mart 2010 Bazar Ertəsi 23:25
İlk olimpiya oyunlarının medalı oğurlandı. 68 qram ağırlığında medal Tokioda nümayiş etdirilirmiş.
İlk dəfə 1896-cı ildə Afinada keçirilən müasir olimpiya oyunlarında verilmiş medallardan biri oğurlanıb. Yaponiyada Tokio İdman Muzeyində nümayiş etdirilən gümüş medalın 68 qram ağırlığında olduğu bildirilir. Muzeyin təhlükəsizlik kamerası ilə təchiz olunmayan bölməsindən oğurlanan medal 1896-ci ildə alman idmançı Hermann Veinqartner tərəfindən qazanılıb. Daha sonra medal Veinqartnerin ailəsi tərəfindən 1964-cü ildə Tokioda 3 qızıl medal qazanan yaponiyalı gimnast Yukio Endoya hədiyyə edilibmiş.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi 1908-ci ildə keçirilən London olimpiya oyunlarından etibarən birinci üçlükdə yer tutan idmançılara müvafiq olaraq qızıl, gümüş və bürünc medallar verilməsi barədə qərar qəbul edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: