İlk Avropa Oyunları Bakıda keçiriləcək 
    08 Dekabr 2012 Şənbə 15:00
    Yarışlar 2015-ci ilə baş tutacaq.
    
                	 
    
         Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək.
AzərTAc xəbər verir ki, bununla əlaqədar qərar dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-cı iclasında qəbul olunub. 
İclasda mötəbər yarışın Azərbaycanda keçirilməsi qərarının lehinə 38 ölkənin olimpiya komitəsinin nümayəndəsi, əleyhinə isə 8-i səs vermiş, iki nəfər bitərəf olub. 
Yarışlarda 15 idman növü üzrə qaliblər müəyyənləşəcək ki, bunun 12-si olimpiya idman növüdü
DOSTLARINLA PAYLAŞ: