İlin ən yaxşı komandası müəyyənləşdi
24 Dekabr 2010 Cümə 16:50
Ağdamın "Qarabağ" klubu diplomla təltif edilib
"Qarabağ" daha bir mükafata layiq görülüb. Gənclər və İdman Nazirliyi Ağdam təmsilçisini "İlin ən yaxşı komandası" elan edib.
Ötən mövsüm Azərbaycan çempionatında bürünc mükafat qazanan, Avrokuboklarda Azərbaycan futbol tarixinə ilk dəfə 3 mərhələ adlayan komanda kimi düşən "Qarabağ" kişi basketbolçulardan və qadın voleybolçulardan ibarət milli komandaları qabaqlayaraq ilin ən yaxşısı olub.

"Qarabağ"a bu münasibətlə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomu təqdim edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar