İlham Əliyevin MOK prezidenti seçilməsindən 14 il keçir
31 İyul 2011 Bazar 19:20
1997-ci ildən bəri Azərbaycanda 30-dan artıq müasir olimpiya kompleksi inşa edilib.
İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməsindən bu gün 14 il keçir. 1997-ci ildən bəri ölkədə 30-dan artıq müasir olimpiya kompleksi tikilib. Azərbaycan idmançıları Sidney, Afina və Pekin yay olimpiadalarında qazandıqları medallarla himnimizin səsləndirilməsinə, bayrağımızın yüksəldilməsinə nail olub.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ötən 14 ildə böyük nailiyyətlərin əldə edildiyini deyib: “Statistik rəqəmlərə baxsaq görərik ki, Azərbaycanın olimpiya oyunlarında iştirakı dövründə 1996-cı ildə 1, 2000-ci ildə 3, 2004cü ildə 5 və 2008-ci ildə 7 medal qazanılıb. Bunların həm əyarı yaxşılaşmış, həm də lisenziya qazananların sayı artıb”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: