İlham Əliyev və xanımı yenidən MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər
03 Aprel 2013 Çərşənbə 12:43
MOK-un VI Baş Məclisində MOK Təftiş Komissiyasına, Hesablama Komissiyasına, İcraiyyə Komitəsinə seçkilər keçirilib.
Milli Olimpia Komitəsinin (MOK) VI Baş Məclisində MOK Təftiş Komissiyasına, Hesablama Komissiyasına, İcraiyyə Komitəsinə seçkilər keçirilib.

Trend-in məlumatına görə, MOK İcraiyyə Komitəsinə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, idmançılar Rəfiqə Şabanova, Zemfira Mehtəhəddinova, Zərifə Salahova, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev, MOK-un vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Sadıq Sadıqov, Ələkbər Məmmədov, Namiq Abdullayev, Faiq Qarayev, Natiq Əliyev, Rauf Əliyev, Azad Cabbarov üzv seçiliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar