İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxıb
06 Avqust 2012 Bazar Ertəsi 22:47
Dövlət başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib.
Azərbaycan idmançılarına dəstək vermək üçün prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşüb. Dövlət başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar