İldırım futbolçunu komaya saldı
21 İyul 2009 Çərşənbə Axşamı 16:50
24 yaşlı futbolçu süni nəfəsalma aparatına qoşulub

 

Danimarkanın yaşıl meydanında gözlənilməz hadisə baş verib. CNN TÜRK-ün veridyi məlumata əsasən, Nordsjaelland şəhərinin “Hvidovre” futbol klubunun yarımmüdafiəçisi Conatan Rixteri ildırım vurub. Bu hadisə Kopenhagenin eyni adlı komandası ilə səfərdə keçirilən matç zamanı baş verib. Ildırım vuran 24 yaşlı futbolçu komaya düşüb və o, hal-hazırda süni nəfəsalma aparatına qoşulub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar