İlbiz Paulu İspaniyaya kulinariya festivalına dəvət ediblər
13 İyul 2010 Çərşənbə Axşamı 19:30
Futbol üzrə dünya çempionatında səkkiz oyunun nəticəsini əvvəlcədən “bilən” səkkizayaqlı dəniz ilbizi Paulu İspaniyada keçirilən kulinariya festivalına dəvət ediblər.
APA-nın məlumatına görə, festivalda ilbizlərdən bişirilən yeməklər nümayiş olunur. İspaniyanın O Karbalinyo şəhərində keçirilən festivala Paulu şəhər meri dəvət edib. İlbizin yemək xərclərini isə şəhərin iş adamları öz üzərinə götürüb. Onlar bu xərclər üçün 30 avro vəsait toplayıblar. Hələlik Paulun festivala qonaq, yoxsa iştirakçı qismində dəvət olunduğu bəlli deyil.
Xatırladaq ki, Almaniyanın Oberhauzen şəhərinin okeanariumunda yaşayan ilbiz Paul Almaniya yığmasının 7 oyununun və final matçının nəticələrini əvvəlcədən “deyib”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar