İkinci oyunda ingilislərin qapısını kimi qoruyacağı bəlli deyil
13 İyun 2010 Bazar 03:25
Fabio Kapello: “Növbəti oyun üçün qərar qəbul etməyə vaxtımız var”
İngiltərə futbol millisinin baş məşqçisi Fabio Kapello Dünya Çempionatının ikinci oyunda qapını kimə etibar edəcəyini hələ bilmir. Ötən gün İniltərə millisi çempionatdakı start oyununda ABŞ yığması ilə 1:1 hesablı heç-heçə oynayıb. Oyunda hesabı incilislər açıblar. Lakin qapıçı Robert Qrinin səhvi üzündən Klint Dempsi 22 metrlik məsafədən vurduğu qolla hesabı bərabərləşdirib.
Fabio Kapello buraxılan qol və növbəti oyunda qapını kimin qoruyacağı ilə bağlı bunları deyib: “O, (Robert Qrin) səhvə yol verdi. Lakin ikinci hissədə komandanı qoldan da xilas etdi. Bizim növbəti oyunla bağlı qərar qəbul etmək üçün vaxtımız var. Onunla söhbət edəcəyiy və mən qərar verəcəm”.
Amerikalılarla oyunun dördüncü dəqiqəsində hesabı açan ingiltərəli Stiven Cerard etiraf edib ki, buraxılan mənasız qol futbolçuları məcradan çıxarıb. Bununla belə, Dünya Çempionatında özünün 17-ci qolunu vuran futbolçu komanda yoldaşı Robert Qrini müdafiə edib: “Hesab etmirəm ki, buna görə qapıçını söymək lazımdır. O, bi neçə dəfə komandanı xilas etdi və biz hamımız onu dəstəkləyirik”.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: