İki paralimpiyaçımız medal qazandı
27 İyul 2013 Şənbə 10:02
Fransada atletika üzre Dünya Çempionatı davam edir.
Fransanın Lyon şəhərində atletika idman növü üzrə Dünya Çempionatının 7-ci günündə Azərbaycan Milli Paralimpiya komandası daha bir uğura imza atdı. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, uzunluğa tullanma üzrə iki idmançımız Kamil Əliyev gümüş, Rza Osmanov isə bürünc medala sahib olub.

Bu gün Azərbaycan Milli Paralimpiya komandasının idmançısı Vladimir Zayets üç təkanla tullanma növündə öz gücünü sınayacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar